AZ

ABŞ Google-u bazar inhisarına görə məhkəməyə verə bilər

dc637d4d364b7365ed41a7a949fec200.jpg
21.10.2020 11:16

ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətini inhisarçılıqda ittiham edərək məhkəməyə verib.

 

TED.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

 

Məlumata görə, Google onlayn axtarış sahəsindəki mövqeyindən sui-istifadə edir: “Şirkət rəqabəti məhv edərək, istehlakçılara zərər verir”.

 

Eyni zamanda qeyd olunur ki, Ədliyyə Nazirliyi Google axtarış motorunu defolt halına gətirmək üçün telefon istehsalçılarına reklam pulu ödəməkdə ittiham edir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox