AZ

Ermənistanın rəsmi nümayəndəsi: Azərbaycan Ordusunda yüksək texnologiyalar seqmentinə böyük diqqət yetirilib

6245748f6c7ea61b3dac1a873ebe60af.jpg
21.10.2020 11:27

“Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki üstünlüyü də var. Bir çox sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib”.

 

TED.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Ermənsitan mətbuatına bildirib.

 

“On iki dəfə çox, başa düşürsünüzmü, bu nədir? Bu, müharibə tarixində, demək olar, heç vaxt olmayan və ya çox nadir hallarda olan şeydir”, - Ovannisyan deyib.

 

Artsrun Ovannisyan qeyd edib ki, hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə olunur.

 

“Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük. Hər iki tərəfdən bütün mexanizmlər uyğun gəlmir, lakin yüksək texnologiyalar seqmentinə böyük diqqət yetirilib”, - deyə o əlavə edib.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox