AZ

General Motors elektromobillərin istehsalına 2 milyard dollar investisiya yatıracaq

 

2657f0c10607fe732d8a9705c1e21430.jpg
21.10.2020 22:42

ABŞ-ın General Motors şirkəti Tennesi ştatının Sprinq Hill şəhərində yerləşən zavodda elektromobillərin istehsalına 2 milyard dollar investisiya yatırmaq niyyətindədir. 


TED.az xarici KİV-ə istinadən xəbər verir ki, yenilənmiş zavod Cadillac Lyriq yolsuzluq elektromobili və digər modellər istehsal edəcək.


Bununla bağlı bəyanat şirkətin elektromobillərin buraxılışı üçün nəzərdə tutulan Detroyt Hamtramk yığma mərkəzi əsasında yeni Factory Zero zavodunun fəaliyyətə başlayacağı elan edildikdən bir neçə gün sonra verilib.


Sprinq Hill şəhərində yığma zavodu General Motors şirkətinin Miçiqanda elektromobillərin istehsalı üzrə Factory Zero və Orion Assembly zavodlarından sonra üçüncü müəssisəsi olacaq. Lakin Factory Zero-dan fərqli olaraq yenilənmiş zavod həm elektromobillər, həm də benzin mühərrikli avtomobillər buraxacaq. Söhbət Cadillac XT6 və XT5 modellərindən gedir.


Qeyd edək ki, Cadillac Lyriq-in 2022-ci ildə 60 min dollara satışa çıxarılacağı gözlənilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox