AZ

Hakerlər oğurladıqları bitcoinləri xeyriyyə qurumlarına bağışladılar

 

ca7e3cb82c748451f5d4e486eb33e163.jpg
22.10.2020 10:00

Hakerlər oğurladıqları on min dollar dəyərindəki bitcoini xeyriyyə qurumuna bağışlayıblar.

 

TED.az xəbər verir ki, 0,88 Bitcoinin təqdim edildiyi qurum isə The Water Project və Children International adlı iki təşkilat olub. İkinci qurum yoxsul uşaqlara, onların təhsilinə dəstək, birinci isə Afrikadakı səhralıq ərazidə yaşayanların su təminatını yaxşılaşdırmaq məqsədilə fəaliyyət göstərir. 

 

Buna baxmayaraq, Children International xeyriyyə təşkilatı oğurluq yolu ilə əldə edildiyi üçün bu ianəni qəbul etməyəcəyini açıqlayıb. 

 

Haker qrupunun üzvləri isə ianəni günahlarını qismən də olsa, azaltmaq məqsədilə etdiklərini söyləyiblər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox