AZ

Dünyanın ilk super pikapı təqdim olundu 

7ef21f99cfff3032e7b4ddb6e2ce7f25.jpg
22.10.2020 10:35

1000 at gücü və 3 saniyədə 0-100 km/saat sürət yığma performansı ilə dünyanın ilk super pikapı kimi istehsal olunan 2022 GMC Hummer EV rəsmi olaraq təqdim edilib.

 

TED.az-ın məlumatına görə, General Motors-un təqdim etdiyi avtomobil əksər idman avtomobillərindən daha yaxşı performans göstərir. Üstəlik, bu ultra güclü nəqliyyat vasitəsi 10 dəqiqəlik şarj ilə 160 kilometr məsafə qət edə bilir.

 

 

Belə bir "canavar"ın qiymətinin də təbii ki, aşağı olmayacağı gözlənilir. 2021-ci ilin payızında satışa çıxarılacağı deyilən 2022 GMC Hummer EV 79.995 dollardan başlayan nisbətən sərfəli versiyalara sahib olsa da, gələn il satışa təqdim olunacaq Edition 1 modeli 112.595 dollara olacaq.

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox