AZ

Rusiya Ermənistana hərbi təyyarə göndərir- FOTO FAKT 

c11885f4e9d1f3a665474ce65ea0690d.jpg
22.10.2020 10:55

Rusiyanın Hava-Kosmik Qüvvələri Ermənistana ən azı 13 Miq-29 təyyarəsi yollayıb. İrəvandakı Erebuni hərbi aviabazasının peykdən çəkilmiş fotoları buna dəlalət edir.

 

TED.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

 

Qeyd olunur ki, daşınan məhz Rusiyanın hərbi təyyarələridir, çünki Ermənistanın Hərbi-Hava Qüvvələrində rəsmi olaraq MiQ-29 qırıcıları yoxdur. Fotoda MiQ-29 qırıcıları ilə yanaşı, 13 hərbi helikopter də görünür. Bu isə hərbi aerodromun yetərincə ciddi potensialına dəlalət edir.

 

Ermənistan ərazisində ciddi hərbi qruplaşmaya malik olmasına rəğmən, Rusiya Qarabağdakı hərbi əməliyyatlara müdaxilə etməməyə üstünlük verir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox