AZ

Notbukun üzərinə maye dağıldıqda bunları mütləq etməlisiniz

5306e351c0e5635e50a3b762bb8b2d5c.jpg
22.10.2020 12:25

Notbukun üzərinə maye dağıldıqda soyuqqanlı olmaq, cihaz zərər görmədən müdaxilə etmək əsas şərtdir.

 

TED.az üzərinə maye dağılan notbuka zərər dəyməməsi üçün görülə biləcək ilkin işləri təqdim edir:

 

-Notbuku bağlayın və enerji əlaqəsini kəsin. Bu, hissələrdə baş verə biləcək yanğının qarşısını alır;

 

-Mayenin olduğu yerdən uzaqlaşdırın;

 

-Tərsinə çevirərək batareyasını çıxarın;

 

-Bütün xarici avadanlığı çıxarın. USB, maus, yaddaş kartı, müxtəlif naqillər və s. nəzərdə tutulur.

 

-Quru səth üzərində təmiz dəsmal sərin;

 

-Notbuku qabağı açıq şəkildə və üzü üstə dəsmalın üzərinə qoyun;

 

-Gözlə görünən mayeni silməyə çalışın;

 

 

-Hissələrini bacardıqca sökün. RAM, sərt disk və s.-nin çıxarılması xüsusilə önəmlidir. Çünki notbuk kompakt cihaz olduğu üçün hissələri asanlıqla zədələnə bilir;

 

-Hissələri birləşdirmədən öncə quru dəsmal üzərində 24 saat saxlayın. Bu zaman notbuku qurulamağa diqqət edin. Qurulayarkən qətiyyən notbuka təzyiq göstərməyin. Saç qurulayıcılarından istifadə qəti şəkildə tövsiyə olunmur;

 

-Hissələrini birləşdirərək notbuku açın və problem qalıb-qalmadığına diqqət edin. Notbuku yandırdıqda qəribə səslər gəlir, görüntü bölünürsə, daxili qurğuları zədə alıb. Bu zaman mütəxəssisə müraciət etmək mütləqdir.

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox