AZ

Yeni iPhone-ların kameraları 11 Pro ilə müqayisə edildi

b4467d3eb20d953bf076218a5ae6baef.jpg
22.10.2020 12:40

iPhone 12 ailəsinə 12 Mini, 12, 12 Pro və 12 Pro Max modelləri daxildir.

 

TED.az xəbər verir ki, bu modellərdən 12 və 12 Pro haqqında ilk araşdırmalar başlayıb. 

 

Qarşımıza çıxan son video Mrwhosetheboss-a məxsusdur. Bu videoda iPhone 12 Pro və iPhone 12, iPhone 11 Pro kameraları ilə müqayisə edilib.

 

Nəticədə iPhone 12 və 12 Pro daha balanslı fokuslama və daha kəskin şəkillər yaradıb. A14 Bionic-in gücü ilə süni intellekt sistemlərinin inkişaf etdirildiyi iPhone 12-nin kamerası bu baxımdan çox keyfiyyətlidir. iPhone 12-lər arxada olduğu kimi öndə də daha yaxşı fotoşəkillər çəkə bilir. Ancaq ümumilikdə, böyük bir fərq yoxdur. Gecə çəkilişləri iPhone 11 ailəsi ilə müqayisədə elə də böyük fərq göstərməsə də bu telefonlar yenə də daha təmiz şəkillər təqdim edir.

 

Bundan əlavə, iPhone 11-lərdən fərqli olaraq iPhone 12-lər ultra geniş bucaqda gecə rejimi təklif edir.  

 

Mrwhosetheboss kanalı 12 Pro-nun, Apple-ın dediyi kimi LiDAR ilə az işıqda belə yaxşı fokuslandığını söyləsə də, lakin yenə də həddindən artıq fərq görmədiyini söyləyir. İPhone 11 və iPhone 12 ilə çəkilmiş fotoşəkil və videoya baxdıqda elə də böyük bir fərq görünmür. İPhone 12 Pro Max isə digərlərindən daha yaxşı kameralara sahibdir. Lakin onun testləri hələ yayımlanmayıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox