AZ

İşğal olunmuş ərazilərə yönəldilən haubitsa topları - 360 dərəcə çevrilərək atəş açır

6d4de8b0a96c35bf67c15b757b9ef28d.jpg
22.10.2020 15:05

Düşmən ölkəni heyrətləndirən və onları biabırçı məğlubiyyətə düçar edən Azərbaycan Ordusunun silahlanmasında ən müasirləri ilə yanaşı illərin sınağından çıxmış silahlar da yer alır.

 

TED.az bu dəfə sizə Azərbaycan əsgərinin istifadə etdiyi keçmiş SSRİ dövründə istehsal olunan haubitsa topları haqqında məlumat verir.

 

122 mm-lik D-30 haubitsa topu 1963-cü ildə ilk dəfə Sovet ordusuna xidmətə qəbul olunub. Maksimum atəş məsafəsi 15.4 km-dir.

 

 

Üç ədəd dayaq üzərində dayanır və 360 dərəcə çevrilərək atəş aça bilir. Bu toplar hal-hazırda da 60-dan çox ölkənin silahlı qüvvələrində istifadə olunur və istehsalı da davam etdirilir. Çapı 122 mm, çəkisi 3200 kq, bütöv atımın çəkisi 4 kq, tezatıcılığı 1 dəqiqədə 6-8 atəş, hədəfdən yayınma ehtimalı 10 metrdir.

 

D-20 152 mm-lik yedəklənən haubisa-topu iri kalibrli artilleriya silahı olub, sərrast və asma atəş üçün nəzərdə tutulub. Maksimal atəş məsafəsi 24000 m-dir.

 

Haubisa-topu ikinci dünya müharibəsindən sonra hazırlanmağa başlanıb və 1955-ci ildə ordu sıralarında görünüb.

 

 

2A36 Giasint B 152 mm-lik yedəklənən topdur. 1968-ci ildən hazırlanmasına başlanıb və 1976-cı ildə Sovet ordusu sıralarına verilib.

 

2A36 topu iri kalibrli artilleriya silahı olub, düşmənin canlı qüvvəsini, atəş nöqtələrini və hərbi texnikalarının məhv edilməsi üçün istifadə edilir.

 

Top müxtəlif hava və klimatik şərtlərdə istifadə oluna bilər (−50 °C-dən +50 °C-yə qədər).

 

Hal-hazırda bir çox ölkələrin, əsasən də keçmiş Sovet ölkələrinin ordularında mövcuddur.

 

152 millimetrlik 2A36 “Giasint B” yedəklənən topu düşmənin taktiki raket vasitələrini, uzaqvuran artilleriya bölmələrini məhv etmək və susdurmaq, düşmənin canlı qüvvəsini, atəş vasitələrini, marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, müdafiə məntəqələrini məhv etmək və susdurmaq, düşmənin arxa cəbhəsini və idarəetmə məntəqələrini tələfata uğratmaq üçün təyin edilib.

 

 

Topun uzunluğu səfər vəziyyətində 12920 mm, döyüş vəziyyətində 12300 mm-dir, lülə boyu hündürlüyü səfər vəziyyətində 2760 mm, yoldan hündürlüyü 475 mm, eni 2340 mm, təkərlərin diametri 1080 mm-dir.

 

130 mm lik M 46 topu düşmənin istehkam qurğularının, özüyeriyən artilleriya və ağır tanklarının, minaatanlarının, canlı qüvvələrin cəmlənmə nöqtələrinin, cəhbə arxası hissələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Maksimal atəş məsafəsi 37000 m-dir.

 

 

85 mm D-44 divizion topu SSSRİ Silahlı Qüvvələrində istifadə edilən 76 mm-lik M1942 divizion topunu əvəz etmək məqsədilə hazırlanıb. Ağırlığı 1.725 ton, uzunluğu 8.34 m, yol sürət i 60 km/saat, mərmi ağırlığı 9.54-15.68 kq, atış tezliyi 20-25 atış/dəqiqədə, atəş məsafəsi 1.5 km, maksimal atəş məsafəsi 15.82 km-dir.

 

 

 

Günel QURBANOVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox