AZ

BakıKart terminallarının sayı artırılacaq? - Rəsmi

341bdcffa5001f92dc80648587ce8596.jpg
22.10.2020 15:19

Oktyabrın 19-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması yollarda sıxlığa səbəb olub. Əsas növbə və izdiham isə BakıKart terminallarının qarşısında yaşanır.

 

Maraqlıdır, hansı ərazilərdə BakıKart terminallarının sayının artırılması gözlənilir?

 

Mövzu ilə bağlı TED.az-a danışan Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirib ki, ən optimal variant kimi BakıKart terminallarının çoxaldılması deyil, balansın artırılmasının müxtəlif üsullarına üstünlük verilir: "Söhbət onlayn ödəniş sistemlərinin olmasından gedir. Bu, daha optimal variantdır, nəinki terminal sayının artırılması. Bu sahədə işlərimizi gecikdirən isə pandemiya oldu. Koronavirus pandemiyasına qədər gərgin iş gedirdi. Çalışdığımız əməkdaşların çoxu xarici ölkə vətəndaşı olduğu üçün dövlət sərhədlərinin bağlanması və ölkəyə giriş-çıxışa qoyulan məhdudiyyət işləri ləngitdi".

 

 

Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox