AZ

"BNA xəttə gündəlik yüzə yaxın ehtiyat avtobus cəlb edir" - Qurum rəsmisi sərnişin sıxlığının əsas səbəbini açıqladı

8facbb8a87dc6e8df93478a90ef9c163.jpg
22.10.2020 15:50

"BNA gündəlik səhər və axşam saatlarında xəttə yüzə yaxın ehtiyat avtobus cəlb edir".

 

Bu sözləri TED.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib.

 

O xatırladıb ki, pandemiya dövründə artıq üçüncü dəfədir, metronun fəaliyyəti dayandırılır. Bu təcrübələr nəzərə alınaraq avtobus sayı tənzimlənir: "Hazırda ekspress avtobuslar xidmətdədir. Oktyabrın 19-dan sərnişin sıxlığına uyğun olaraq express xətlərin bəzilərində dəyişiklik edilib. Hətta M7 xəttinin hərəkəti tamamilə yenidən təşkil olunub. M6-da dəyişiklik edilib. Onlar sərnişin sıxlığı çox olan istiqamətlərə - Heydər Əliyev və Babək prospektlərinə yönləndirilib. Bu xəttə gün ərzində adi rejimlə müqayisədə 15-20% çox avtobus çıxarılır. Ekspress nəqliyyat vasitələrinin sayındakı artıma baxmayaraq, gündəlik səhər və axşam saatlarında xəttə 100-ə yaxın ehtiyat avtobus cəlb edilir. Amma yenə də sıxlıq müşahidə edilir. Deməli, bu, heç də sırf avtobus sayı ilə bağlı məsələ deyil".

 

 

M.Ağayev bildirib ki, əsas məsələ xüsusi hərəkət zolaqlarının yoxluğudur: "Heydər Əliyev prospektində sıxlıq varsa, oraya əlavə 100 avtobus da salınsa, sərnişin sıxlığı yaranacaq. Bir neçə gün öncə keçmiş Şəfa stadionunun yanından "Bağırov körpüsü" adlanan yeraltı keçidə qədər 8 marşrut xətti üzrə 55 avtobus tıxacda qaldı. Bunun nəticəsində 28 mayda o cür sərnişin sıxlığının şahidi olduq. Problemin kökü yollardadır. Dəfələrlə agentlik tərəfindən bildirilib ki, yalnız bir küçə və prospektdə deyil, ümumi marşrutlar boyunca mümkün olan bütün ərazilərdə xüsusi hərəkət zolaqları şəbəkəsinin yaradılmasına nail olmalıyıq. Bu olmadıqca belə əziyyət çəkəcəyik".

 

Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox