AZ

Prezident İlham Əliyev: Referendum olmayacaq, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər

acf048d104b4f799a93b8cf6799db37a.jpg
22.10.2020 16:35

"Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz".

 

TED.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev müsahibəsi zamanı deyib. Prezident ermənilərin öz müqəddəratını təyinetmə məsələsi ilə bağlı danışarkən yaxın keçmişə işarə edib: "Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var .

 

Məsələn, mədəni müxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümayəndələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var.

 

Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq heç vaxt".

TED + bölməsindən digər xəbərlər

Daha çox