AZ

PayPal müştəriləri kriptovalyuta ilə ödəniş edə biləcəklər 

566edc1256f65b274e69011ee151a1ae.jpg
22.10.2020 17:35

PayPal beynəlxalq ödəmə sisteminin müştəriləri kriptovalyuta ilə ödəniş edə biləcəklər.

 

TED.az xəbər verir ki, bu barədə sözügedən şirkət nümayəndələri məlumat yayıblar. Qeyd olunur ki, müştərilərin kriptovalyuta istifadəsini artırmaq üçün şirkət müəyyən rəqəmsal valyuta ilə ödənişləri qəbul edəcək: "Bu rəqəmsal valyutalara Bitcoin ("Bitcoin"), Ethereum ("Ezereum"), Bitcoin Cash ("Bitcoin Cash") və Litecoin ("Litecoin") daxildir. Xidmət yaxın günlərdə ABŞ-da istifadəyə veriləcək. 2021-ci ilin əvvəlində isə yenilik digər ölkələrdə də tətbiq olunacaq".

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox