AZ

"Smartfonu yeniləməmək daha doğrudur" - MÜTƏXƏSSİS

 

1d5a784ff6ec017b0041d96332fd013a.jpg
22.10.2020 17:45

Azərbaycanda internetin məhdudlaşdırılması ayrı-ayrı tətbiqlərin mütəmadi olaraq tələb etdiyi yenilənmələri gecikdirir. Sürət zəif olduğu üçün yenilənmə ya getmir, ya da ləng baş verir. Bəs bu hal smartfonlar üçün nə dərəcədə təhlükəlidir?

 

Mövzu ilə bağlı TED.az-a danışan telefon təmiri üzrə mütəxəssis İlkin Quluzadə bildirib ki, smartfonu yeniləməmək daha doğrudur: "Söhbət sonradan yüklənən deyil, cihazın öz tətbiqlərindən gedir. Məsələn, YouTube 30, Google Chrome isə 25 Meqabayt yer tutur. Telefonu yeniləyəndən sonra YouTube-un həcmi 30 deyil, 40 Meqabayt olur. Həcm artdıqca telefonda donmalar baş verir. Şəxsən mənim telefonuma hazırda yenilənmə gəlsə də, yükləmirəm. Ümumiyyətlə, telefonun öz tətbiqlərini yeniləmək məsləhət deyil. Təsəvvür edin, 1 ton yük tutan avtomobilə 1,5 ton ağırlığında yük yerləşdirirsiniz. Sizcə, o avtomobil hərəkət edər?"

 

O, həmçinin bildirib ki, smartfonun donması öz tətbiqlərinin yenilənməməsi ilə bağlı deyil: "Gündəlik təcrübəmə əsasən deyirəm, bu, 90% saytlardan düşən virusla bağlı olur. Məsələn, telefonun yaddaşı 32 GeqaBaytdır. "Mənim fayllarım"a daxil olanda görünür ki, bunun 25-i artıq sərf olunub. Amma qovluqları bir-bir seçib ümumi yaddaşa baxdıqda görünür ki, 25 göstərsə də, cəmi 4 GBayt yer dolub. Bu, saytlardan keçən virusla əlaqədardır və donmalara gətirib çıxarır".

 

"Mobil cihaza sonradan yüklənən tətbiqləri isə çox vaxt heç VPN-lə də yükləmək olmur. Onlar yenilənməsə, işləmirlər. Məsələn, WhatsApp altı aydan bir yenilənmə tələb edir. İndiki vaxtda kimin bəxtinə düşsə, WhatsApp yenilənmə vaxtı çatsa, çətinliklə üzləşəcək. Bunu yalnız mütəxəssislər kompüter vasitəsilə çətinliklə də olsa yoluna qoya bilirlər".

 

Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox