AZ

Qarabağda ilk mobil infrastrukturun qurulmasına başlandı

 

1a31e6bd6f7bba07eb4106a0f326658e.jpg
23.10.2020 14:00

“Azercell Telekom” MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyalarını quraşdırmaqdadır.

 

Bu barədə TED.az-a Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azercell şirkəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qəhrəman ordumuzun bu zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmindir. Buna görə də, operator ölkəmizin azad edilmiş bütün tarixi ərazilərini müasir mobil şəbəkə ilə əhatə etməyə, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinlərini fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır.

 

"Azərbaycanda bağlantısız heç bir nöqtə qalmayacaq!" - deyə məlumatda bildirilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox