AZ

Sosial şəbəkələrdə Qarabağ həqiqətlərini çatdıran fransalı jurnalistə dəstək aksiyası başlandı

b5b9b39afd6ffcab59a450ac1ab4819a.jpg
23.10.2020 20:45

Fransa dövlət kanalının (TF1) jurnalisti Liseron Boudoul Azərbaycana gələrək Qarabağdan həqiqətləri əks etdirən reportaj hazırlayıb.

 

TED.az xəbər verir ki, reportaj dünən kanalda yayımlandıqdan sonra buradakı erməni lobbisi üzvləri jurnalisti ən ağır şəkildə təhqir etməyə, ölümlə hədələməyə başlayıblar.

 

Bütün bunlardan sonra sosial şəbəkələrdə azərbaycanlıların Liseron Boudoula qarşı dəstək aksiyaları başlayıb. Onlar #merciTF1 həştəqi altında Fransa dövlət kanalına təşəkkür edir, xanım Liseron Boudoula dəstək mesajları yazırlar.

 

TED.az aktiv sosial şəbəkə, xüsusilə də Tvitter istifadəçilərini erməni vəhşiliyini dünyaya çatdırmaq məqsədilə jurnalistə dəstək olmağa çağırır.

TED + bölməsindən digər xəbərlər

Daha çox