AZ

Günün rəqəmi: Android cihazlarda Opera Mini neçə dəfə quraşdırılıb?

 

fe0d52d94118d3d4f571920fafa315d9.jpg
26.10.2020 10:41

Opera Mini Android cihazlarında 500 milyon dəfə quraşdırılıb.


Android istifadəçiləri Opera Mini mobil brauzerini 500 milyon dəfə quraşdırıb.

 

Opera Mini brauzeri hələ Android-dən əvvəl mövcud olub. Tətbiq Java ME platformalı telefonlarda əlçatan idi. 

 

Sonra BlackBerry, Symbian, Windows Phone və nəhayət, iOS və Android-ə köçürülüb. 

 

TED.az xəbər verir ki, hazırda Play Store-da sözügedən brauzer 500 milyondan çox yüklənib.


Qeyd etmək lazımdır ki, az sayda Google tətbiqi bu həddi keçib. Opera Mini ilə yanaşı Telegram, Pinterest və SwiftKey-in də yüklənmə sayı milyonları ötüb. 


Sensor Tower bu yaxınlarda, yəni 2020-ci ilin üçüncü rübü üçün ən populyar tətbiqlərin sıralamasını açıqlayıb. Bu siyahıda lider TikTok sosial şəbəkəsidir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox