AZ

Deputatdan Çağırış: Azərbaycanlı iş adamlarının sərmayəsi Türkiyə iqtisadiyyatına yönələrsə...

 

714af81546e0c231475046e1f66b2c77.jpg
26.10.2020 12:25

"Türkiyəyə edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb olub. Artıq 1 dollar almaq üçün 8 lirədən çox pul ödəmək lazımdır. Siyasi təzyiqlər fonunda Türkiyəyə Qərb ölkələrdən gələn xarici sərmayənin həcmi də azalmaqdadır. Ötən ilə qardaş ölkədə birbaşa xarici sərmayənin həcmi 35 faiz azalıb. Bu isə valyuta tələbinə də mənfi təsir göstərir".

 

TED.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

 

O bildirib ki, Qarabağın azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa siyasi dəstəyi qardaş dövlətə təzyiqləri daha da artırıb:

 

"Hətta bu qardaşlıq mövqeyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərin sanksiyaların tətbiqi mümkünlüyü də müzakirə olunur.

 

Türkiyənin cəlb etdiyi xarici birbaşa invesitisiyaların cəmi 4.2 faizi Azərbaycan iş adamlarının payına düşür. Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq. Haqq işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də sahibkarlarımızın töhvə verməsi çox vacibdir. Hər il Azərbaycan iş adamları böyük məbləğdə vəsaiti xaricə sərmayə edirlər. O pullar Türkiyə iqtisadiyyatına yönələrsə həm qardaş dövlətin iqtisadiyyatına dəstək olar, həm də iş adamlarımız daha çox gəlir əldə edərlər".

 

"Gəlin Bir Millət, İki Dövlət birliyinə hamımız töhvə verək!",- deyə Vüqar Bayramov əlavə edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox