AZ

Bugatti-nin yeni avtomobilinin görüntüləri yayıldı

2845a13faaa7d9844b4b15a378df55b7.jpg
28.10.2020 12:07

Fransanın  avtomobil istehsalçısı Bugatti-nin yeni avtomobilinin görüntüləri yayımlanıb.


TED.az xəbər verir ki, görüntülərə əsasən, avtomobil böyük batareya dəlikləri ilə olduqca sərt görünüşə sahibdir. Modelin baqaj hissəsindəki qanadlar xüsusilə diqqət çəkir.

 

Yeni modeldə sürücü yarış kreslosuna bənzəyən oturacaqda əyləşir. Həmçinin avtomobilin salon hissəsinin digər Bugatti modellərindəki kimi lüks olmayacağı bildirilir.

 

İlkin məlumata görə, yeni model xüsusi yarış vasitəsi olacaq. 1.578 at gücünə sahib avtomobilin dörd turbolu 8.0-litrlik W16-a bənzər mühərriklə çalışacağı söylənilir. 

 

Qeyd edək ki, şirkət sözügedən avtomobili 28 oktyabr, 2021-ci ildə təqdim edəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox