AZ

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların sayı 21-ə çatdı - FOTOLARYENİLƏNİB

10ed1549583aa1370330857246019567.jpg
28.10.2020 15:30

Qeyri-rəsmi məlumatlara görə, Bərdədə ölənlərin sayı 21-ə çatıb.

 

***

15:10

 

Düşmənin Bərdəni vurması nəticəsində həlak olanların sayı 19-a, yaralıların sayı 60 nəfərə çatdı.

 

***

14:38

Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olmuş, 40-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox