AZ

"Ermənistan bu yolla diqqəti Bərdədəki hərbi cinayətdən yayındırmağa çalışır" - MN

892116e23b22a710bb0e6847ba37ee68.jpg
28.10.2020 15:26

Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.

 

TED.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin guya atəşə tutulması barədə xəbəri məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

 

Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.

TED + bölməsindən digər xəbərlər

Daha çox