AZ

Bu yolun azad olunması Ermənistanı Qarabağ ərazilərinə nəzarətdən mərhum edə bilər

322a5a4605495eda156d33a4d0131c50.jpg
28.10.2020 15:39

"Heritage Foundation"da Xarici Siyasət Mərkəzinin direktoru Luke Coffey Twitter hesabında "Laçın dəhlizi" barədə paylaşım edib. Paylaşımda Azərbaycanın Laçın şəhərini azad etdiyi və artıq "Laçın dəhlizi"nə nəzarəti ələ keçirdiyi qeyd edilib. Həmçinin bildirilib ki, məlumat doğru olduğu təqdirdə müharibə yeni mərhələyə qədəm qoyacaq.

 

Maraqlıdır, "Laçın dəhlizi"nin strateji əhəmiyyəti nədən ibarətdir və o hansı əraziləri birləşdirir?

 

TED.az xəbər verir ki, "Laçın dəhlizi" 1992-ci ilin mayında Azərbaycan ərazisində erməni qüvvələrinin  qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açdıqları dəhlizdir. 1994-cü ildə atəşkəs razılaşmasından sonra qondarma Dağlıq Qarabağ Respublikasının nəzarəti altında olsa da, rəsmi Azərbaycan Respublikasının Laçın rayonunun bir hissəsidir.

 

İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yollarını birləşdirir. Ermənistandan Qarabağa qədər 340 kilometrlik enişli-yoxuşlu yola və yüzlərlə sərt döngələrə malikdir. Kəlbəcər və Qubadlı kimi digər rayonlar da bu yola birləşdiyinə görə, dəhliz Ermənistan üçün daim ciddi strateji əhəmiyyətə malik olub. “Laçın dəhlizi” Qarabağda yerləşən hakim yüksəkliklərlə əlaqə yaratmaq, bu ərazilərdə hərbi manevrlərin və ya qoşunların yerdəyişməsinin həyata keçirilməsi üçün yeganə vasitə olub. Həmçinin zamanına görə alternativi olmayan bu dəhliz Ermənistanla bərabər Laçını Qarabağa birləşdirməkdən əlavə, Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayır. Yəni, dəhlizə nəzarət, eyni zamanda həm Qarabağa, həm də Zəngəzur ərazilərinə nəzarəti təmin edir. Ümumiyyətlə, vaxtilə Laçın olmadan Ermənistanın Qarabağı işğal altında saxlaması hərbi cəhətdən mümkün deyildi. Məhz bu səbəbdən son illərdə alternativ yeni yolların çəkilməsinə başlanıb.

 

Ermənilər dəhlizi ələ keçirdikdən sonra Qarabağa böyük həcmdə hərbi ləvəzimat, döyüş sürsatı, zirehli texnika ərzaq və canlı qüvvə daşımağa başlayıblar. Bu dəhlizdən qondarma Dağlıq Qarabağ Respublikası Ermənistana böyük miqdarda ərzaq və digər materiallar keçirir. Əvəzində isə Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasından elektrik alır.

 

"Laçın dəhlizi" Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat yolu olub. İkinci yol çəkilənə qədər Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təchizatını bu yol vasitəsi ilə həyata keçirib. Məhz buna görə də Laçın ərazisinin Azərbaycana qaytarılması və ya heç olmasa bu dəhlizin erməni tərəfinin hərəkəti üçün bağlanılması, Ermənistanı Qarabağ ərazilərinə nəzarətdən mərhum edə bilər.

 

Lamiyə SÜLEYMANLI

TED + bölməsindən digər xəbərlər

Daha çox