AZ

Daxili İşlər Nazirliyi  məlumat yaydı - Bu şəxslər Bərdəyə ezam olunublar

 

42d9de308196ee01988afc60c2f07e11.jpg
28.10.2020 16:35

Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə yaralı vətəndaşların vaxtında xəstəxanalara çatdırılması, şəhərdə və yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, eləcə də vətəndaşlara məxsus əmlakların, mülkiyyətlərin mühafizəsi üçün Bərdə Rayon Polis Şöbəsinə köməklik məqsədilə müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları təcili olaraq Bərdəyə ezam olunublar.


TED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, hazırda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş şəraitində şəhərdə xidmətlərini davam etdirirlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox