AZ

Türk şirkəti insansız silahlı katerini təqdim edib 

8d442b3a8d99146805ffc6469799816d.jpg
28.10.2020 16:57

Türkiyənin “ARES Tərsanəsi” və “Meteksan Savunma” şirkətlərinin birgə hazırladığı insansız katerin təqdimatı keçirilib.

 

TED.az xəbər verir ki, “Azeri Defence”nin məlumatına görə, “Ulaq” adlanan insansız silahlı katerin (Silahlı İnsansız Deniz Aracı -SİDA) istehsalı dekabr ayında tamamlanacaq.

 

400 kilometr üzmə uzaqlığına, 65 km/saat maksimum sürətə, gündüz və gecə görmə qabiliyyətinə, milli şifrələnmiş rabitəyə sahib SİDA müasir kompozit materiallardan inşa edilir.

 

SİDA maşınlar üzərində yerləşdirilmiş komanda-nəzarət mərkəzindən, qərargahlardan və ya gəmilərdən idarə oluna biləcək.

 

“Ulaq” seriyası üzrə müxtəlif təyinatlı katerlərin yaradılması planlaşdırılır.

 

SİDA kateri ROKETSAN şirkətinin istehsalı olan 4 ədəd “Cirit” və 2 ədəd L-UMTAS raketi ilə silahlandırılacaq. Katerin silahlardan atış sınaqlarının 2021-ci ilin birinci rübündə keçirilməsi planlaşdırılır.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox