AZ

Azərspace peyki düşmən koordinatlarını bu cür tapır

 

dff78d4dd731491d5421d99be28d9bf9.jpg
28.10.2020 17:50

Düşmən koordinatlarının tapılaraq Quru qoşunlarımız tərəfindən məhvində pilotsuz uçuş aparatları ilə yanaşı "Azerspace-1" peykinin də rolu böyükdür.

 

TED.az xəbər verir ki, Azərbaycanın ilk rabitə peyki olan Azerspace/Africasat-1A Rabitə Peyki (Azerspace/Africasat-1A Satellite) Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunub. Azerspace-1 peyki orbitə 2013-ci il 8 fevral tarixində Cənubi Amerikada yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılıb. 

 

 

Çəkisi 6521 kq olan peykin tam açılmış halda ölçüləri 23.6m x 8.9m x 5.6m-dir.

 

“Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Azerspace-1-in istismar müddəti isə azı 15 ildir.

 

Azərkosmos ASC idarəsində olan peyk 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşib. 

 

Qeyd edək ki, əsas idarə mərkəzi Bakının Qaradağ rayonu Güzdək kəndində yerləşdirilir. İkinci idarə mərkəzi isə Naxçıvanda Muxtar Respublikasındadır.

 

Günel QURBANOVA

 

TED + bölməsindən digər xəbərlər

Daha çox