AZ

İlham Əliyev: Ermənistan ordusunun canlı itkisi 5 mindən, yaralıları isə 15 mindən çoxdur

dfde7460ca07ddb120ac8404d6af853a.jpg
28.10.2020 22:45

"Biz onların 250-dən çox tankını məhv etmişik. Bu tanklarda neçə nəfər hərbçi olduğu məlum məsələdir. Bundan əlavə, 400-dən çox hərbi yük maşını, onların bir çoxu hərbçilərlə dolu olub. Artilleriya qurğuları, hər qurğunun arxasında bir neçə nəfər olur. Kub, Kuruq, OSA, piyadaların döyüş maşını və digər hərbi texnikalar. Təkcə bunları hesablasaq rəqəm aydın olur". 

 

TED.az xəbər verir, bu sözləri Prezident, Ali Baş Komandan İlham Əliyev Rusiyanın İnterfax agentliyinə müsahibəsi zamanı deyib.

 

Prezident İlham Əliyev qeyd edib ki, itkilər bununla məhdudlaşmır: "Azad edilən ərazilərdə üz-üzə döyüşlər baş verib, onların səngərlərdə ciddi itikləri olub. Bununla bağlı bəzi kadrları internetdən də izləyə bilərsiniz. Bütün bunları nəzərə alaraq, hesab edirik ki, Ermənistan 5 mindən çox canlı itkisi var".

 

Yaralı sayına gəlincə isə Prezident İlham Əliyev hərbi qanunauyğunluqlara, beynəlxalq müharibə təcrübələrinə istinad edib: "Yaralı sayı birmənalı olaraq, ölü sayından ən yaxşı halda 3 dəfə çox olur".

 

Ali Baş Komandan müsahibəsində Azərbaycan Ordusunun canlı itkisinin minimum olduğuna diqqət çəkərək, bunda yüksək texnologiyalara əsaslanan silahın rolu ilə yanaşı hərbçilərimizin peşəkarlığının böyük rol oynadığını deyib.

TED + bölməsindən digər xəbərlər

Daha çox