AZ

Donald Trump-ın veb-saytına hücum edildi

167f4271ef13a408e7adbfe7f9a55547.jpg
29.10.2020 10:28

Donald Trump-ın veb-saytına hücum edildi

 

ABŞ Prezidenti Donald Trump-ın seçkilərlə əlaqədar yaradılan veb-saytına kiber hücum edilib. 

 

TED.az xəbər verir ki, hakerlər saytın "haqqında" bölümünü dəyişərək, buraya daxil olanlardan Monero adlı kriptovalyuta istəyiblər. Əks halda D.Trump-la bağlı məxfi məlumatların açıqlanacağı söylənib. 

 

Ağ Ev rəsmiləri sözügedən kiber hücumun kim tərəfindən təşkil olunması ilə bağlı araşdırmaların başladığını bildiriblər. Araşdırmalardan sonra Donald Trump-ın veb-saytı hər zamankı hala gətirilib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox