AZ

Ermənilər Elon Musk-a elektron poçt göndərilməsi ilə bağlı kampaniya başlatdılar

2d4fdfc7bf38c2df0818a2329e97f7a0.jpg
29.10.2020 11:34

SpaceX-in rəsmi elektron poçtu ermənilərdən gələn mesajlarla dolub. Məlumata görə, ermənilər Elon Musk-dan Türksat 5A-nı kosmosa göndərməməyi tələb edirlər.

 

TED.az xəbər verir ki, Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı uğurlarından narahat olan ermənilər bu elektron poçt mesajları ilə Türkiyə və SpaceX arasındakı əməkdaşlığı poza biləcəklərini düşünürlər. 

 

Mesajların tam mətni açıqlanmasa da, başlıq hissədə "Elon Musk erməni olsa, nə olardı?" ("What if Elon was armenian?") sözlərinin yazıldığı deyilir. 

 

Qeyd edək ki, Türksat 5A kosmosa SpaceX-in Falcon9 raketi ilə göndəriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox