AZ

Sosial şəbəkədə MCDonalds-ı boykot edərək işdən çıxanlar üçün vakansiya qrupu yaradıldı

 

456af3803da0f09050471cb465425dd0.jpg
29.10.2020 15:57

"McDonalds”ın Azərbaycandakı rəsmi səhifəsi Qarabağla bağlı dəstək postunu sildikdən sonra əhali boykot aksiyasına başlayıb. Bəziləri isə bu şəbəkənin fəaliyyətini dayandırması nəticəsində yüzlərlə insanın işsiz qalacağını bildirib.

 

TED.az xəbər verir ki, bunu nəzərə alaraq, bir qrup insan Feysbuk sosial şəbəkəsində "MCDonalds Azerbaijan işçiləri iş axtarır" adlı qrup yaradıblar. 

 

Qrupun məqsədi erməni vəhşiliyini görməzdən gələn McDonalds Azerbaijan-dan çıxmaq istəyən həmvətənlilərimizə yeni iş tapmaqda kömək etməkdir. Artıq qrupda iş adamları tərəfindən bir neçə şəxsin isə götürülməsi ilə bağlı təkliflər də paylaşılıb. Qrupda mövzudan kənar postlar,  zarafatlar edərək məsələnin ciddiyətini zəiflədən paylaşımlar dərhal silinir. Yeni yaradılmasına baxmayaraq, qrupda indiyə qədər 33-dən çox iş yeri təklif olunub.

 

Qeyd edək ki, Azərbaycana dəstək paylaşımını sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib. Buna baxmayaraq, restoranın digər ölkə üzrə filialları ermənilərə dəstək postu paylaşmaqdan çəkinməyiblər.

TED + bölməsindən digər xəbərlər

Daha çox