AZ

Pilotsuz uçuş aparatlarının bəzi hissələri qızıldandır - SƏBƏB

7cbca873c1f490645e27e773ff639bfd.jpg
29.10.2020 16:38

Azərbaycanın işğalda olan torpaqlarında həyata keçirdiyi antiterror əməliyyatı silah sənayesini xeyli aktuallaşdırıb. Hər gün müxtəlif çaplı silahlar, artilleriya qurğuları və s. barədə məlumatlar alırıq. Amma çoxları əksər silahların tərkibində qızıl olmasından xəbərsizdirlər.

 

Maraqlıdır, qızıldan istifadə hərbi texnika üçün nə kimi imkanlar yaradır?

 

Mövzu ilə bağlı TED.az-a danışan metallurgiya üzrə mütəxəssis Şahin Maşayev bildirib ki, bu, silahlarda yüksək dəqiqliyin tələb edilməsi ilə bağlıdır: "Əsas məsələ qızılın elektrik keçiriciliyinin çox yüksək olmasıdır. Adətən silahların kompakt, kiçik, elektronik, diod hissələrində  bir neçə milli qram qızıldan istifadə edilir. Bununla yanaşı, qızıl maqnit keçirmir. Üstəlik,  elektron dalğaları udmaq xüsusiyyəti olduğu üçün naviqasiya sistemində radara düşmür".

 

Ş.Maşayev vurğulayıb ki, qızılın qiymətinin baha olması silah qiymətlərinin tənzimlənməsində də rol oynayır: "Qızıl az tapılan metallar qrupuna aiddir. Bir ton metalın içərisində bir qram qızıl ola ya olmaya. Buna görə də bahadır. Ümumiyyətlə, hərbi sənayedə qızıla kütləvi yer verilmir, cüzi miqdarda işlədilir. Bu, silahdan da asılıdır. Adətən alternativ, yüngül metallara keçid etməyə çalışır, qızıldan mümkün qədər qaçırlar. Amma bəzi hissələri qızıldan başqa heç bir metalla əvəzləmək olmur. Bu da onun elektrik keçiriciliyinin yüksək olması, radio dalğaların qəbul edilməsi ilə bağlıdır. Əsasən, pilotsuz uçuş aparatları, raketləri tutmaq üçün qurğular, hava hücumundan müdafiə sistemlərində işlədilir. Naviqasiya, radar sistemləri üçün xüsusilə əlverişlidir". 

 

Lamiyə SÜLEYMANLI

TED + bölməsindən digər xəbərlər

Daha çox