AZ

YouTube Music bəyənilən videoları göstərməyəcək

 

80222cba849f9b1b40d77daf03b44f56.jpg
30.10.2020 09:54

YouTube music-də bəyənilən videoların gizlədilməsi ilə bağlı yenilik istifadəyə verilib.

 

TED.az xəbər verir ki, yenilik nəticəsində bəyəndiyi videolar bir daha istifadəçinin qarşısına çıxmayacaq. YouTube-da "bəyəndiyim musiqiləri göstər" bölümü vasitəsilə bu funksiyanı yenidən aktivləşdirmək mümkün olacaq.

 

Bununla yanaşı, parametrlərə tətbiq olunan yenilik nəticəsində istifadəçi istərsə, YouTube ilə YouTube Music arasındakı əlaqəni kəsə, platformaları ayrı-ayrılıqda istifadə edə biləcək. 

 

Sözügedən yeniliklər platformanın həm mobil, həm də veb versiyalarında istifadəyə verilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox