AZ

Proqramçılar üçün "Startup Studio" formatında Hakaton keçiriləcək

7283a567d46a02eec33c2dd64ce99085.jpg
24.11.2020 14:34

Xüsusi proqramın 11-13 dekabr saat 18:00-da hakaton hissəsi baş tutacaq. 

 

Hakatonda iştirakçılar komandalara bölünərək müvafiq mövzularda 48 saat ərzində məhsullar hazırlayacaqlar. 

 

Hər mövzuda (3 mövzu mövcuddur) bir komanda seçilərək növbəti mərhələyə keçəcək və akselerasiya proqramında iştirak etmək hüququ qazanacaq. Hakatonun qalibləri öz startaplarında işlərini davam etdirəcək və hər ay məvacib alacaq.

 

TED.az xəbər verir ki, proqram 3 mövzunu əhatə edəcək: yerli işçi qüvvəsi üçün onlayn platforma, marketdən çatdırılma platforması və tədbir planlama platforması. 

 

Layihənin təşkilatçısı Maestro şirkətidir. Əsas dəstəkçi isə SUP.VC Akselerasiya mərkəzidir. 

 

Maestro ölkədə yerli startaplara maliyyə və inkişaf mövzusunda dəstək olan şirkətdir. SUP.VC beynəlxalq bazara fokuslanmış yerli startaplara akselerasiya və investisiya dəstəyi göstərən mərkəzdir.

 

Proqrama qəbul olunmuş namizədlər ilin sonu keçiriləcək hakatonda iştirak edəcək və təqdim olunmuş mövzular ətrafında öz layihələri üzərində işləyəcəklər. Hər mövzuda bir qalib komanda Maestro tərəfindən dəstəklənəcək. Komanda üzvləri öz layihələri üzərində işləyərək aylıq maaş və startapdan hissə (pay) alacaqlar. 

 

Proqram əsasən proqramçılar və texniki bilikli insanlar üçün nəzərdə tutulub. Proqrama buradan qeydiyyatdan keçə bilərsiniz: 

Startaplar bölməsindən digər xəbərlər

Daha çox