AZ

Yeni karantin qaydaları Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? — Ekspert

 

220ec1fa9176b24d33b4908d6539fb67.jpg
26.11.2020 14:40

"Noyabrın ikinci yarısından başlayaraq dünyada koronavirusa yoluxmanın yeni dalğası müşahidə olunur, karantin qaydaları sərtləşdirilir. Belə tədbirlər Azərbaycanın rəqəmsal iqtisadiyyatından da yan keçə bilməzdi". 

 

Bu sözləri TED.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.

 

O bildirib ki, həm qlobal, həm də milli iqtisadiyyat sərt karantinin mənfi təsirlərinə məruz qalır: "Hazırda inkişaf etmiş ölkələrdə belə, bu karantin qaydaları virusa qarşı ən effektiv vasitə kimi qiymətləndirilir. Vaksin olmadığı üçün ölkələr yalnız bununla pandemiyanın yayılma coğrafiyasını məhdudlaşdırmağa çalışırlar. Buna görə də hazırda karantinin sərtləşdirilməsi ən doğru seçimdir”.

 

Ekspertin sözlərinə görə, yeni karantin qaydaları iqtisadiyya minimum dərəcədə təsir edəcək, çünki qərarlar proporsionallığa uyğundur: “Karantinin iqtisadiyyata təsiri həm dövlət, həm də özəl sektorun strukturundan asılıdır. Hökumət dairələri bu yöndə proporsional qərarlar qəbul etməyə çalışırlar. Azərbaycanda daha sərt karantin rejiminin həftəsonlarını əhatə etməsi həmin tədbirlərin iqtisadi təsirlərini minimuma endirmək məqsədi daşıyır. Özəl sektorun işləməsi ilə bağlı tövsiyə xarakterli qadağa tətbiq olunub, o da kifayət qədər yumuşalma sayılır. Eyni zamanda, həftəiçi günlərdə özəl sektorun fəaliyyəti davam etdirilir. Bu, iqtisadiyyatın inkişafında vacib amildir. Rəqəmsal sektora gəldikdə isə, karantin rejimi öncədən də rəqəmsal iqtisadiyyata öz töhfəsini verdi, sahibkarlar güclərini bu tip xidmətlərə yönəltdilər. Əminliklə demək olar ki, hazırda ölkəmizin onlayn biznes sektoru inkişaf edir. Yeni qaydalar iqtisadiyyatımıza minimal dərəcədə təsir edəcək”.

 

Fatimə ZÜLFİQAR

TED + bölməsindən digər xəbərlər

Daha çox