AZ

Tesla Model X avtomobili 90 saniyə ərzində Bluetooth bağlantısı vasitəsilə ələ keçirildi

 

49198f4532c483e76cdf686abe74cd22.jpg
26.11.2020 16:39

Son günlərdə səhmləri rekord səviyyəyə çatan Tesla, simsiz proqram yeniləmə sistemi ilə çox populyardır. 

 

Avtomobillərdə avtomatik olaraq kodlar təqdim edən sistem ötən günlərdə təhlükəsizlik testi edilib.

 

TED.az-ın məlumatına görə, Belçika Leuven Universitetinin təhlükəsizlik üzrə tədqiqatçısı Lennert Wouters, iki dəqiqədən az bir müddətdə Teslanın Model X markalı avtomobilini ələ keçirməyi bacarıb. Üstəlik bunun üçün o, bahalı cihaza ehtiyac duymayıb.

 

 

Lennert Wouters Tesla Model X avtomobillərindəki Key Fob açarında qüsur aşkar edib. Tədqiqatçı, bu boşluq sayəsində vasitənin eyniləşdirmə nömrəsini öyrənən və sahibinin açarına 5 metrə yaxınlaşmağı bacaran hər kəsin avtomobili ələ keçirə biləcəyini bildirir.

 

Avtomobili ələ keçirmək üçün lazım olan yeganə xarici avadanlıq, qiyməti 300 dollar olan Bluetooth-a qoşulmuş cihazdır. Çantaya asanlıqla yerləşdirilə bilən bu cihazı telefondan idarə etmək olur. Bütün şərtlər yerinə yetirildikdə cihaz Model X-in kilidini açan radio kodu 90 saniyə ərzində aşkarlaya bilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox