AZ

Ən çox hansı smartfon modellərinin satılacağı açıqlandı 

 

5f86973f2690fbaad36f78508fb266d6.jpg
26.11.2020 16:51

"Strategy Analytics" şirkətinin mütəxəssisləri bu mövsümlərdə hansı smartfonlara ən çox tələbat olacağını açıqlayıblar. Açıqlamaya görə, 2020-ci ilin telefon istehlakçıları əsasən böyük ekranlı smartfonlar seçirlər.

 

TED.az xəbər verir ki, Samsung və Apple-ın ultra iri ekranlara sahib yeni modelləri yeni il mövsümünün ən populyar smartfonları olacaq. 

 

"Ekranları 6.0 ilə 6.99 düym arasında dəyişən 900 milyondan çox superfablet dünya səviyyəsində satılacaq. Bu ultra-böyük ekranlı smartfonlar bütün digər ölçü kateqoriyalarını keçib. Önümüzdəki illərdə bu modellərin çeşidləri genişlənəcək və payları artacaq", - deyə məlumatda qeyd olunur.

 

Mütəxəssislər bildirirlər ki, ekranı beş santimetrdən az olan kiçik smartfonlar böyük ekranlı smartfonlara nisbətən bazardakı paylarını itirir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox