AZ

Hər il onlarla can alan dəm qazı təhlükəsi - Detektorlar niyə məcburi quraşdırılmır?

 

2020b9efafbda8eb4250155ddd4f145b.jpg
26.11.2020 17:12

Havaların soyuması ilə xeyli can alan dəm qazı təhlükəsi yenidən gündəmə gəlib. Əksər mütəxəssislər problemin həllini mənzillərə  detektorların məcburi quraşdırılmasında görürlər. 

 

Bəs dəm qazını aşkarlayan cihazların kütləvi quraşdırılması ilə bağlı nə kimi işlər görülür?

 

Mövzu ilə bağlı TED.az-a danışan “Azəriqaz” Istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, qurum vətəndaşlara detektorların fərdi yaşayış evlərində quraşdırılmasını məsləhət görür: "Bunlar satışda var. Qiyməti isə 15 manat civarındadır. Amma detektorlar iki cür olur. Bunlardan biri təbii qazın sızmasını qeydə alır. Tutaq ki, mətbəxdə qaz sobası açıq qalıb və təbii qaz sızması baş verib.
 

 

Digər isə dəm qazı ilə bağlı detektorlardır. Dəm qazı natamam yanmış məhsuldur. Bunlar adətən hamam otaqlarında olur. Onun detektoru da fərqlidir".

 

Ceyhun Səfərov vurğulayıb ki, bina evlərində qazlaşma işlərini həyata keçirən mənzil kooperativləri layihələrini təqdim edəndə onlara detektorların qoyulmasını öz layihələrinə əlavə etmək tövsiyə olunur. Bəzən isə bu tələb edilir. 

 

 

Mənzillərdə dəm qazını aşkarlayan cihazların quraşdırılmasına nəzarət necə həyata keçirilir sualına isə şöbə müdiri belə cavab verib: "Bunun monitorinqini aparmırıq. Çünki mənzildaxili texniki baxış işlərini Azəriqaz Istehsalat Birliyi həyata keçirmir. Qanunvericilikdəki dəyişiklikdən sonra mənzildaxili texniki baxış işlərini Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyinin müvafiq qurumları həyata keçirir".

 

Günel QURBANOVA

TED + bölməsindən digər xəbərlər

Daha çox