AZ

Bir iPhone 12-nin istehsalı Apple-a neçəyə başa gəlir? - QİYMƏT

 

c1ff1280bebea365e1e37e6b8d71dd3a.jpg
26.11.2020 17:34

iPhone 12 Apple-ın ən yeni məhsulları arasında baha olması ilə diqqət çəkir. Bəs bir iPhone 12-nin istehsalı Apple-a neçəyə başa gəlir?

 

TED.az xəbər verir ki, Formalhaut Techno Solutions şirkətinin araşdırmasına görə, iPhone 12-nin hissələrinə çəkilən xərc smartfonun ümumi dəyərinin 27%-i təşkil edir. Bu, ötən illə müqayisədə 9,1% artım deməkdir. Hissələrə çəkilən xərcin bu qədər artmasının səbəbi isə 5G texnologiyasıdır. 

 

Hesabata görə, iPhone 12-nin hissələri ümumilikdə 406 dollara başa gəlir. Həmçinin məlum olub ki, modelin hissələrinin əksəriyyəti Cənubi Koreyadan gətirilir. Bunun əsas səbəbi isə iPhone 12-də istifadə edilən ekranların Cənubi Koreya şirkətləri Samsung və LG tərəfindən hazırlanmasıdır. 

 

Bildirilib ki, smartfonun ən bahalı hissəsi Qualcomm x55 5G modemidir. Bu hissəcik 90 dollara başa gəlir. OLED ekranların qiyməti isə 70 dollardır. A14 Bionic-in qiyməti 40, RAM-ın qiyməti isə 12,80 dollardır. Modeldə istifadə edilən Sony istehsalı olan kamera sensoru nisbətən ucuzdur. Onun qiyməti 7.4 və 7.9 dollar arasında dəyişir. Telefonun yaddaş sahəsi isə iPhone-a 19.20 dollara başa gəlir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox