AZ

Yerli texnika mağazalarında hansı endirimlər var? - Qara Cüməyə sayılı günlər qaldı

 

6f3634bd806489b21e9f4347d070b5b0.jpg
26.11.2020 17:45

Hər il noyabr ayının dördüncü cümə günündə bəzi dünya, xüsusilə xristian ölkələrində keçirilən Qara Cümə (Black Friday) endirim və alış-veriş həvəskarlarının bayramı hesab olunur. Böyük səbirsizliklə gözlənilən Qara Cümə keçən əsrdən bəri mövcuddur. Ənənəyə görə, bu gün bir çox brendlər və mağazalar məhsullarını çox aşağı qiymətlərlə satışa çıxarır. Əksər insanlar yeni il hədiyyələrini, elektronik əşyaları almaq üçün ilin bu gününü gözləyir. Bəs Azərbaycanlılar bu ənənəyə sadiqdirlərmi?

 

TED.az olaraq yerli texnika bazarının Qara Cümə ənənəsinə nə dərəcə uyduğunu araşdırdıq.

 

2020-ci ilin Qara Cüməsi noyabrın 27-ə təsadüf edir. Bir çox mağazalar həmin gündə endirim aksiyaları ilə həm PR işlərini həll edir, həm də vətəndaşları az-çox sevindirməyə çalışır.

 

Araşdırmamıza əsasən, Azərbaycanın bir neçə məşhur texnika mağazalarında Qara Cümə endirimləri mövcuddur

 

1. Kontakt Home

 

Kontakt Home mağazaları 25, 26, 27 noyabr tarixlərində 60%-dək endirimli məhsullar arasından seçim etmək imkanını təqdim edir. Mobil telefon, soyuducu, paltaryuyan, ev tekstili, tozsoran, kombi, mebellər və s. kimi bir çox kateqoriyada aksiya tətbiq olunub. 

 

kontakt.az

 

 

2. İrşad Electronics

 

İrşad Electronics Qara Cümə ilə əlaqədar 3 günlük kampaniya elan edib. Aksiya çərçivəsində smartfon, noutbuk, aksesuar, elektronika, məişət texnikası və bir çox məhsullara 60%-dək endirimli qiymətlərlə sahib olmaq mümkündür. Endirimli qiymətlər nağd, BirKart, AlbalıKart, BolKart, TamKart taksit kartları ilə alış zamanı keçərlidir. Həmçinin məhsulun endirimli qiymətini 3 aya hissəli şəkildə ödəyərək əldə etmək mümkündür.

 

irshadelectronics.az

 

 

3. Baku Electronics

 

“Baku Electronics” də dünya trendinə uyaraq, 25, 26 və 27 noyabr tarixlərində alıcılara nağd alışda  endirimlər təklif edir.

 

Elektronika və məişət texnikası məhsullarına 70%-dək, tekstil və qab-qacaq məhsullarına isə 90%-ə çatan endirimlər tətbiq olunub.

 

Kampaniya çərçivəsində məhsulları daxili kreditlə ilkin ödənişsiz 24 ayadək faizsiz və üstəlik taksit kartları əldə etmək mümkündür.

 

www.bakuelectronics.az

 

 

4. Soliton

 

Soliton mağazalar şəbəkəsi də Qara Cümə ənənəsindən yan keçməyib. Mağazada bir çox elektron cihaza endirimlər tətbiq olunub. Soliton-da Qara Cümə kampaniyası 23 noyabrdan mövcuddur və 29 noyabra qədər davam edəcək. Məhsullara tətbiq olunan endirim 70%-ə qədər çatır.

 

www.soliton.az/m

 

Qeyd edək ki, hər 4 mağazada onlayn sifariş etmək mümkündür.

 

 

 

Fatimə ZÜLFİQAR

TED + bölməsindən digər xəbərlər

Daha çox