AZ

Bayraktarlar Donetsk şəhəri üzərində uçuşlar həyata keçirir

 

fed38a346ade4ccb44a2c9634d67322a.jpg
27.11.2020 11:57

Qondarma Donetsk Respublikası Marinka və Starohnativka şəhərlərində yerləşən Ukrayna ordusunun mövqelərini QRAD atəşinə tutub.

 

TED.az xəbər verir ki, bu barədə Ukrayna mediası Donetsk milisində olan mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata əsasən, ərazidə dronların uçması diqqət çəkib. “Bayraktar” PUA-larının Donetsk şəhəri üzərində uçuşlar həyata keçirdiyi bildirilib.

 

Bundan əlavə, qeyd olunub ki, Rusiya qanunsuz şəkildə Donetsk şəhərinə "humanitar yardım" adı altında silahlar göndərib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox