AZ

Birləşmiş Ərəb Əmirlikləri Ermənistana 300 ədəd tank göndərəcək

 

605cf5bbd883c9e31190854351e2a2be.jpg
27.11.2020 12:30

Almaniyanın Aralıq dənizindəki mülki Türk gəmilərinə müdaxilə etdiyi bir vaxtda Birləşmiş Ərəb Əmirlikləri Misir üzərindən Haftar polislərinə xeyli silah ötürüb.

 

TED.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

 

Bildirilib ki, BƏƏ 350 ədəd T-62 və T-72 tankı sifariş verib. İlkin məlumata görə, tanklardan 50-sinin Haftar polislərinə, 300-nün isə Ermənistana göndərilməsi planlaşdırılır. Sözügedən T-72 tankları Şimali Koreyadan alınan lazer sistemləri ilə də təchiz edilib. 

 

Bundan əlavə, BƏƏ-nin Braziliyadan 24 ədəd Super Tucano tipli turboprop təyyarəsi, Belarusiyadan S-125 HSS və Vostok 3D yerüstü radar sistemlərini də sifariş etdiyi bildirilir. Sözügedən texnikanın da Haftar güc strukturlarına çatdırılacağı barədə məlumatlar yayılıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox