AZ

Bu il dünyanın 1000-dən çox nəhəng şirkəti kiber hücuma məruz qalıb

 

fc58e42932dc5302ac278a246ecfa7b6.jpg
28.11.2020 10:57

Bu ilin yanvar-oktyabr ayları ərzində dünyanın müxtəlif ölkələrində 1000-dən çox iri şirkət, oğurlanmış məxfi məlumatların açıqlanması təhdidi altında girov tələb edən kiber fırıldaqçılıq proqramlarının hücumuna məruz qalıb.

 

TED.az xəbər verir ki, 2019-cu ildən bəri dünyada girov tələb edən proqram viruslarından istifadə olunan, gizli məlumatlara giriş əldə edən, şifrələyərək bloklayan kompüter hücumlarının sayı kəskin artıb.

 

Bu fırıldaqdan sonra müəssisələr girov tələb edən mesajları alır, əks halda oğurlanan məlumatlar ictimaiyyətə açıqlanmaqla təhdid edilir. Bu da qurban şirkətin işgüzar nüfuzuna ciddi ziyan vurur.

 

Toyota Motor, LG Electronics kimi şirkətlər də artıq bu hücumlara məruz qalıb. Çox şirkətin girov ödəməkdən imtina etdiyi aydınlaşıb, lakin 2019-cu ildə Yapon şirkətlərinin 32%-i bu cür hücumlardan sonra şantajçıların şərtlərini qəbul etmək qərarına gəlib. 

 

Onlardan tələb olunan məbləğ orta hesabla 1,17 milyon dollar olub.

Dünya bölməsindən digər xəbərlər

Daha çox