AZ

Tiktok qadağası təxirə salındı

 

42d3985afd2c7c12b7b3263b6d2584a3.jpg
28.11.2020 11:45

Tiktok qadağası təxirə salınıb.

 

TED.az xəbər verir ki, bu barədə Reuters nəşri məlumat yayıb.

 

Bildirilib ki, Donald Trampın administrasiyası Çinin ”Byte Dance” şirkətinin TikTok platformasının ABŞ biznesini satma tələbini icra etməsini daha yeddi gün təxirə salıb. 

 

Buna uyğun qərar Beynəlxalq İnvestisiya Komitəsi tərəfindən qəbul olunub.

 

Məlumat üçün bildirək ki, TikTok platformasının ABŞ seqmentinin satılması məsələsi avqust ayından etibarən gündəmdədir. ABŞ səlahiyyətliləri TikTok-u milli təhlükəsizliyə təhdid hesab edirlər. Onların fikrincə, tətbiq istifadəçi məlumatlarını toplayaraq Çinin xüsusi xidmət orqanlarına göndərir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox