AZ

Smartfon bazarındakı bütün qazancın 90%-dən çoxu Samsung və Apple-a məxsusdur

 

ba5041c16451f9f1c4b5ab455216c3c5.jpg
28.11.2020 12:20

Samsung bazar göstəricisini təxminən iki dəfə artırıb, lakin Apple-ın göstəricisi aşağı düşüb.

 

Samsung şirkətinin çox da uğurlu olmayan flaqman və COVID-19 pandemiyasına görə bazar payının azalacağı gözlənilirdi. Lakin sözügedən şirkət smartfon bazarında lider olaraq qalır. 

 

TED.az xəbər verir ki, Strategy Analytics-in məlumatına görə, üçüncü rübün sonunda Koreya nəhəngi smartfon bazarında qazanc payını təxminən iki qat artırmağı bacarıb.

 

Bir il əvvəl bu rəqəm 18,8% idisə, indi 32,6%-ə yüksəlib. 

 

Bu nəticə Samsung üçün son altı ildə ən böyük göstəricidir - 2014-cü ilin ikinci rübündə şirkət smartfon bazarının ümumi mənfəətinin 37,9%-ni götürüb. 

 

Apple şirkəti ön sıralarda gəlsə də, illik göstəricisi azalıb. Əvvəllər bütün bazar mənfəətinin 66.9%-ni, indi isə 60,5%-ni əldə edib. 

 

Samsung və Apple bütün smartfonlar bazarının mənfəətinin 93,1%-ni təşkil edib. Amma bu o demək deyil ki, digər şirkətlər qalan yeddi faizi öz aralarında bölüblər. Unutmayaq ki, bazarda bir çox şirkət böyük zərərlə qarşılaşıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox