AZ

Böyük Britaniyada texnoloji şirkətlər cərimələnəcək - SƏBƏB

 

8f11e7089fb4b0f7935999622fac8dad.jpg
28.11.2020 12:40

Böyük Britaniyada Apple, Google, Amazon və Feysbuk şirkətlərinin nizamlanması üçün yeni agentlik yaradılıb.

 

TED.az xəbər verir ki, agentliyin yaradılmasında məqsəd rəqabət mühitinin formalaşdırılmasıdır.

 

Agentliyin fəaliyyəti 2021-ci ildə xüsusi nizamlama kodeksinin yaradılmasından başlayacaq. Sözügedən kodeks böyük texnoloji şirkətlərə qarşı yeni məhdudiyyətləri təyin edəcək və kiçik texnoloji şirkətlərin rəqabət bazarına çıxması üçün şərait yaradacaq.

 

Kodeksə riayət etməyən şirkətlərə qarşı cərimələr tətbiq olunacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox