AZ

Hakerlər Manchester United-dən pul tələbə edirlər 

 

9c5de066e582f063893f09b6f623b0db.jpg
30.11.2020 09:40

Klubdakı vəziyyət "potensial fəlakət" kimi qiymətləndirilir. 

 

Hakerlər Manchester United futbol klubuna kiber hücum ediblər. Klub rəsmiləri öncə sözügedən hücumu dəhşətli adlandırıb, daha sonra isə “potensial fəlakət” kimi qiymətləndiriblər. 

 

TED.az xəbər verir ki, kiber cinayətkarlar futbol klubunu gizli məlumatları sızdırmaqla hədələyib, pul tələb edirlər.

 

Əvvəlcə Manchester United təmsilçiləri klubun veb-saytına və tətbiqinə kiber hücumun olduğunu inkar ediblər: Azarkeşlərin və alıcıların şəxsi məlumatlarının sızması barədə informasiyanın olmadığını iddia ediblər. 

 

Lakin sonradan hakerlərin klubdan bir neçə milyon funt-sterlinq istədiyi məlum olub. Əgər tələb olunan vəsait ödənməsə, cinayətkarlar "futbol klubuna zərbə vura biləcək" bəzi məlumatları şəbəkədə paylaşacaqlar. Ödəniş olduğu təqdirdə, hakerlər bu məlumatları siləcək və təhlükəsizlik sistemindəki boşluğu açıqlayacaqlar. 

 

Məlumata görə, kluba artıq İngiltərənin Milli Kiber Təhlükəsizlik Mərkəzi də kömək edir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox