AZ

Feysbuk kriptovalyuta bazarına daxil olur

 

eac53196841c64dc7fadca726ee843a6.jpg
30.11.2020 11:38

Feysbuk kriptovalyuta bazarına daxil olmağa hazırlaşır. 

 

TED.az xəbər verir ki, şirkətin Libra adlanan kriptovalyutasının ilk vaxtlar o qədər də aktual olmayacağı, lakin sonradan bazarda əhəmiyyətli yer tutacağı söylənir. Sözügedən kriptovalyutanın 2021-ci ilin yanvarında satışa çıxarılacağı nəzərdə tutulur. İlk dəfə ötən il açıqlanan Libra artıq Visa və MasterCard kimi nəhəng maliyyə şirkətlərindən önəmli dəstək alıb. Valyutanın əsas xüsusiyyəti isə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunmasıdır. 

 

Qeyd edək ki, Libranın ABŞ dolları tərəfindən dəstəklənən yeganə kriptovalyuta kimi satışa çıxarılma ehtimalı da var.

Dünya bölməsindən digər xəbərlər

Daha çox