AZ

STEAM təhsili kənd məktəblərində

 

5de2999a56936b890aa6e54e1c12abf0.jpg
30.11.2020 11:56

“Kənd Məktəblərində Steam dərsləri” layihəsi ilk STEAM dərsidir ki, kənd məktəbinin şagirdlərinə tədris edilir. 

 

TED.az xəbər verir ki, “Kənd Məktəblərində Steam dərsləri” layihəsi sentyabrın 15-dən başlayaraq Bərdə rayonunun kənd məktəblərində həyata keçirilir.

 

STEAM dərsləri praktik, yeni metodologiyalar əsasında öyrədilir. Cəmiyyətimizə yaradıcı, yeni texnologiyalardan istifadə etmək bacarıqlarını formalaşdırmaq məqsədilə STEAM dərslərinin tədrisi vacib və zəruridir. Dərslərin nəticəsində şagirdlər riskləri nəzərə almağı, praktik öyrənmə ilə məşğul olmaq, problemin həllində israrlı olmağı, komandada işləməyi, yaradıcı olmağı, fərqli fikirləri formalaşdırmağı, çevik fikirlər irəli sürməyi, yaranacaq yeni ixtisaslar üzrə işləmək bacarığını formalaşdırır. Ölkəmizi texnologiya ixtiracısına, istehlakına çevirmək üçün məktəblərinin şagirdlərini də bu istiqamətdə vacib rol oynaması üçün STEAM təhsili tədris edilir.
 

“Kənd Məktəblərində Steam dərsləri” layihəsi çərçivəsində ilk olaraq Bərdə rayonun 5 məktəbi seçilib. Müsahibə yolu ilə hər məktəbdən 3 müəllim seçilərək 20 Steam təlimi keçirilib. Müəllimlər təlimlərdə Tinkercad, Mikrobit, Problem Əsaslı Öyrənmə, Layihə Əsaslı Öyrənmə, Maker, dizayn, mobil öyrənmə mühəndislik, tinkering, analogiya, anlayışlarını öyrənib. Müəllimlər artıq öyrəndiklərini öz məktəblərində tətbiq edirlər. 

 

Layihəyə əsasən, hər bir məktəb üzrə 8 STEAM dərsi 15 şagirdə tədris ediləcək. Nəticədə 15 müəllim və  75 şagirdin STEAM haqqında bilikləri olacaq. Bu biliklər nəticəsində həm məktəb həyatında,  həm də cəmiyyətdə qarşısına çıxan problemlərin həllində kömək edəcək. Yeniliklərin kənd məktəbinə tətbiq edilməsi şagirdlərin daha çox marağına səbəb olur. Bu dərslər ilk STEAM dərsləridir ki, kənd məktəbinin şagirdlərinə tədris edilir.

Elm bölməsindən digər xəbərlər

Daha çox