AZ

Qarabağı minalardan bu cihaz təmizləyir - Partlayışa davamlılığı...

 

cca096e53d99a32e42d3c2d1351763ae.gif
30.11.2020 12:24

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra ərazilərdə terrorçular tərəfindən yerləşdirilən minaların təmizlənməsinə başlanıb. Bu işdə istifadə edilən texnikalardan biri də Bozena 5 mina təmizləyici qurğudur. 

 

TED.az xəbər verir ki, sözügedən texnika bütün ənənəvi anti-personal və tank əleyhinə minaların təmizlənməsi və əldəqayırma partlayıcı qurğuların çıxarılmasına kömək üçün nəzərdə tutulub. Slovakiyanın Way Industries şirkəti tərəfindən hazırlanan pilotsuz mina təmizləyicidir. 

 

 

Texnika maksimum 5000 metr  məsafədən idarə edilə bilir. Effektiv mina təmizlənməsi üçün BOZENA 5 iki alətlə - həm mıx, həm də kəsici ilə işləyir. Performansı, ölçüsü və çəkisinə görə, xeyli minanın yerləşdirildiyi geniş ərazilərdə təmizlənmə işlərinin aparılması üçün əlverişlidir. Texnikanın zəncir sisteminin arxasında minalanmış ərazilərdə 2,6 metr enində dəhlizlər aça bilən zirehli lövhə yerləşir. Avtomatik yanğın söndürmə sistemi ilə təchiz edilən Bozena 5-in istismar və təmiri xüsusi kran vasitəsilə olduqca asan hala gətirilib. Texnika dəqiqədə 400-500 dövrə vuraraq 52 zəncirvari dəzgahla mina təmizlənməsi tapşırıqlarını yerinə yetirir. Mina təmizləyici vasitənin ümumi çəkisi 12 tondan çoxdur. Maksimum sürəti 9 km olan bu hərbi texnika 11 saat fasiləsiz işləyə bilir.

 

 

Texnikanın ümumi uzunluğu 7 320 mm, çəkisi isə daha dəqiq desək, 12 340 kq-dır. Texnikada tatra t3c-928-81 motorundan istifadə edilib. Bozena 5 300-350 milli metrə qədər dərinlikdəki minaları təmizləyə bilir.  Saat ərzində 43-59 litr yanacaq sərf edir. Partlayışa davamlılıq 9 kq tnt-dir.

 

BOZENA 5 texnikası 15 ildən çoxdur, dünyanın müxtəlif ölkələrində minaların təmizlənməsi məqsədilə istismar edilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox