AZ

Ötən ay Azərbaycanda hansı sosial şəbəkələr daha məşhur olub? - SİYAHI

bf6db18d162de02a0ef37e104d18e2df.jpg
01.12.2020 23:21

2020-ci ilin noyabrında Azərbaycanın sosial şəbəkə bazarında Pinterest 26,73 faiz payla birinci yerdə qərarlaşıb.


TED.az xəbər verir ki, ikinci yerdə 23,26 faiz göstərici ilə Feysbuk olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı oktyabrla müqayisədə 12,91 faiz artıb.


Instagram sosial şəbəkəsinin istifadəçilərinin sayı 20,52 faiz artaraq 24,4 faiz təşkil edib.


Dördüncü yerdə 19,23 faiz (12,13 faiz artım) aktiv istifadəçi payı ilə YouTube qərarlaşıb.


Tvitterin payı 4 faiz, VKontakte-nin payı 1,02 faiz təşkil edib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox