AZ

Elon Musk Marsa insan göndəriləcək tarixi açıqladı

 

be7366ef4fa635b3329b27e3660890b8.jpg
02.12.2020 10:24

"SpaceX" və “Tesla” şirkətlərinin təsisçisi, iş adamı Elon Musk yaxın altı ildə Marsa insan göndərəcəyini açıqlayıb.

 

TED.az xəbər verir ki, bu barədə Musk mükafat tədbirlərinin birində danışıb.

 

"Altı il içində Marsa insan göndərilməsi əməliyyatının həyata keçiriləcəyini düşünürəm. Şanslıyıqsa, bəlkə də bu dörd ildən sonra baş verəcək", — deyə o bildirib.

 

Muskın sözlərinə görə, bu çərçivədə iki il ərzində sözügedən planetə pilotsuz kosmik gəminin göndərilməsi nəzərdə tutulur.

TED + bölməsindən digər xəbərlər

Daha çox